ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) naziri Con Felan müdafiə naziri Pit Heqsetlə ziddiyyətlər səbəbindən istefa verib.

Bu barədə mənbələrə istinadən Amerikanın "Axios" portalı məlumat yayıb.

Felanın istefası barədə əvvəllər Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell məlumat verib. HDQ rəhbərinin müavini Hanq Kao nazirliyin müvəqqəti rəhbərliyini üzərinə götürəcək.

Nəşrin mənbəyinə görə, Felan prezidentlə işgüzar münasibətləri saxlamasına baxmayaraq, onun Heqset arasında gərginlik yaranıb.

"Axios"un mənbələrindən biri hadisəni səlahiyyət sərhədləri uğrunda toqquşma kimi təsvir edib. "Felan rəhbər olmadığını anlamayıb. Onun vəzifəsi zəruri hesab etdiyi əmrləri deyil, alınan əmrləri yerinə yetirmək idi", - portal mənbələrdən birinin sözlərini sitat gətirib.

Nəşrin qiymətləndirməsinə görə, Felanın getməsi Silahlı Qüvvələr rəhbərliyinin əhəmiyyətli bir hissəsi üçün gözlənilməz olub və vəzifələrini tərk edən mövcud administrasiyanın yüksək səviyyəli nümayəndələrinin siyahısını doldurub.

.