La Liqa son çempionu “Atletiko Madrid” keçmiş futbolçusu Antuan Qrizmannı “Barselona”dan 1+1 il müddətinə icarəyə götürüb.

İspaniyada transferin bitməsinə bir neçə dəqiqə qalmış “Atletiko Madrid” Antuan Qrizmannı heyətinə qatıb.

Qrizzman 2019-cu ilin yayında “Atletiko Madrid”dən “Barselona”ya 120 milyon avroya transfer edilmişdi.

Madrid komandasından bildirilib ki, fransalı ulduz 1 illik seçimlə 2 il müddətinə transfer edilib.

Kataloniya nəhəngi isə qeyd edib ki, “Antuan Qrizmann 1+1 mövsümü üçün “Atletiko Madrid”ə icarəyə verilib. Oyunçunun maaşını yeni klubu ödədiyi halda müqavilədə məcburi satın alma maddəsi var”.

.