İngiltərə təmsilçisi "Arsenal"ın idman direktoru Edu Qaspar klubdan ayrılmağa yaxındır.

Yenizaman "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis vəzifəsindən ayrılmaq istədiyini açıqlayıb.

Onun gedişi "Arsenal"ın İdarə Heyətindəki dəyişikliklərlə əlaqələndirilir.

Qeyd edək ki, E.Qaspar 2022-ci ildən "Arsenal"ın idman direktoru vəzifəsində çalışır. 2001-2005-ci illərdə London klubunun formasını geyinmiş 46 yaşlı keçmiş futbolçu bundan əvvəl klubda texniki direktor vəzifəsini tutub.

.