İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula əl atıb.

Yenizaman-ın "The Athletic"ə istinadən məlumatına görə, mütəxəssis oyunçulara heç bir xəbər vermədən düşərgəyə peşəkar cibgirlər dəvət edib.

Futbolçularla birlikdə şam yeməyinə qoşulan oğrular komanda üzvlərinin telefon, pul kisəsi və başqa şəxsi əşyalarını götürüblər. Şam yeməyinin sonunda Arteta hamıdan ciblərini yoxlamağı xahiş edib. Bundan sonra futbolçuların əksəriyyəti qiymətli əşyalarının itdiyini anlayıblar.

Beləliklə məşqçi bütün situasiyalarda oyunçulara diqqətli və ayıq olmağın vacibliyini vurğulamağa çalışıb.

.