İngiltərənin "Arsenal" və "Mançester Siti" klubları Fransa təmsilçisi PSJ-nin futbolçusu Vilyan Paçonun transferini ciddi şəkildə nəzərdən keçirirlər.
"CaughtOffside" nəşri xəbər verir ki, Britaniya nəhənglərinin skautları artıq 24 yaşlı müdafiəçinin performansı haqqında ətraflı hesabat hazırlayıblar.
Onlar ekvadorlu oyunçunun "Lill"lə (2:2) matçdakı çıxışını izləyiblər.
Xatırladaq ki, Vilyan Paçonun Paris klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.
.
