"Amerikan Airlines" şirkətinin rəhbərliyi 25 min işçisinə ödənişsiz məzuniyyətə göndərmələri haqqında bildiriş göndərib.

Trend-in məlumatına görə, sənədə əsasən, aviaşirkət işçilərinin məcburi məzuniyyətə göndərilmələri barədə xəbərdar edib.

Bundan əlavə, aviadaşıyıcının əməkdaşları gələn payız üçün çoxsaylı ixtisarlara hazır olmaqları barədə də məlumatlandırılıblar.

Bildirilir ki, ABŞ konqresi aviaşırkətlərə koronavirus pandemiyasından yaranan çətinliklərə görə işçi yerlərini saxlamaq üçün 25 milyard dollar ayırıb. Əmək məcəlləsinə uyğun olaraq iş sahibləri ixtisar barədə əməkdaşları 60 gün qabaq xəbərdar etməlidirlər.

"Amerikan Airlines" personalının sayı 130 mindən çox işçini əhatə edir. 2020-ci ilin birinci kvartalında aviaşirkət 2.2 milyar dollar itki verib. Şirkətin likvid imkanları 6.8 milyard dollar məbləğində qiymətləndirilir.

.