![](/uploads/img/posts/2024/03/27/97e208c6-f461-3ea4-98c8-923a426312a0_850jpg-1711515941.jpg)
Qubadlı rayonunda sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.
Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
.