Bu gün günorta saatlarında Quba şəhərində rayon polis şöbəsinin əməkdaşı M. Səfərəliyevin idarə etdiyi "VAZ" markalı və vətəndaş R. Bəşirovun idarə etdiyi "Daewoo" markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, nəticədə polis əməkdaşı ayaq nahiyəsindən yüngül xəsarət alıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

.