Qubada baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində Zahid Qurbanov və Namiq Rüstəmov dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
Saat 12:28
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi görə, rayonun Söhüb kəndində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Quba şöbəsinin əməkdaşlarının olduğu "UAZ" markalı, 10 JF 130 dövlət nömrə nişanlı avtomobil aşıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
.
