Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.

Bu haqda publika.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, hazırda Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətində hər-hansı bir problem müşahidə olunmur.

Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.

***

Quba-Xınalıq yoluna qaya parçası düşüb.

Hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə "Azəravtoyol” ASC-nin 5 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır. (apa)

.