Quba sakini həmyerlisini döyərək öldürüb.

"Report"un xəbərinə görə, məlumatı Daxili İşlər Nazirliyinin saytı yayıb.

Bildirilib ki, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb. Nəticədə xəstəxanaya yerləşdirilən Ş.Sumxayeva orada ölüb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

.