Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin inspektorları İrana qayıdıb və iyun ayında müharibə zamanı zərbəyə məruz qalmayan nüvə obyeklərində təftiş aparıblar. Lakin daha çox fəaliyyət lazımdır.

Bunu AEBA-nın direktoru Rafael Qrossi deyib.

“İranın “Nüvə silahlarının yayılmaması haqqında” razılaşmaya tam əməl etməsindən əmin olmaq və nüvə obyektlərində tam inspeksiyanın aparılmasını təmin etmək üçün daha çox fəaliyyət lazımdır” Qrossi bildirib.

Qeyd edək ki, İyun ayında 12 günlük İran-İsrail müharibəsi zamanı nüvə obyektlərinə endirilən zərbələrdən sonra İran AEBA inspektorlarını ölkədən çıxarmışdı

.