
İspaniyanın "Atletiko" klubunun fransalı hücumçusu Antuan Qrizmann Madrid klubundan ayrıldığını elan edib.
TASS xəbər verir ki, futbolçunun sözlərini komandanın mətbuat xidməti yayıb.
"Bu, inanılmaz 5 il oldu, hər şeyə görə çox sağolun. Siz daima mənim ürəyimdə qalacaqsınız", - deyə Qrizmann komanda və azarkeşlərə müraciətində bildirib.
Qrizmann "Atletiko"da 2014-cü ilin iyul ayından çıxış edir.
.