Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Komissiyasının (AK) Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun baş direktorunun müavini Saymon Mordyu ilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsini müzakirə edib.
Bu barədə Yenizaman Ermənistan KİV-inə istinadən xəbər verir.
Mordyu ilə görüş bu gün Armen Qriqoryanın Brüsselə işgüzar səfəri çərçivəsində keçirilib.
Təhlükəsizlik Şurasının katibi görüşdə sülhün institutlaşdırılması üçün atılan addımlarla bağlı Ermənistanın mövqeyini təqdim edib, həmçinin TRIPP layihəsinin əhəmiyyətini vurğulayıb.
Bundan başqa, A.Qriqoryan və S.Mordyu ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini də müzakirə ediblər.
.
