Qremmi musiqi mükafatları beş yeni nominasiya təqdim edib.

Bu barədə tədbirin rəsmi saytında məlumat verilib.

İndi Milli Səsyazma Sənəti və Elmləri Akademiyası “Oyunlar üçün ən yaxşı musiqi” nominasiyası üzrə də mükafat verəcək.

Bundan əlavə, “Ən yaxşı mahnı məllifi”, Spoken Word üslubunda ən yaxşı albom”, “Alternativ janrda ən yaxşı çıxış” və “Amerikana janrında ən yaxşı çıxış” kateqoriyaları da tətbiq edilib.

Qeyd edək ki, “Sosial dəyişikliklər üçün ən yaxşı mahnı” xüsusi mükafatının təqdim olunması 2023-cü ildə də qüvvədə qalacaq.

.