Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin Venesuelanın paytaxtı Karakasda keçirilən konfransında iyulun 21-də qəbul edilən yekun bəyannaməsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək bird daha vurğulanıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva öz rəsmi "Twitter” hesabında qeyd edib.
Bəyannamə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər üzərində danışıqlar yolu ilə həll edilməsini təşviq edir.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşü 18-21 iyulda Karakasda keçirilib.
.
