Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin Azərbaycan paytaxtında keçirilən konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviqinə dəstək ifadə olunub.

Eyni zamanda, Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə, təşkilat çərçivəsində terrorizm və onun bütün forma və təzahürlərinə qarşı mübarizə məsələsində əməkdaşlığı gücləndirməyə, Fələstin ərazilərinin işğalını dayandırmağa dair çağırış yer alır.

Bəyannamədə Azərbaycanın paytaxtı Bakının "World Expo-2025"i keçirməyə namizədliyi alqışlanıb.

Həmçinin toplantının sonunda Fələstin məsələsi ilə bağlı Bəyannamə qəbul edilib.

.