Ermənistan parlamentinin mayın 10-da keçiriləcək növbədənkənar toplantısının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi daxil edilməyib.

Bu haqda BBC məlumat yayıb.

Məlumata görə, parlamentin sessiyasının gündəliyinə 15 məsələ daxil edilib, onlardan 4-ü beynəlxalq müqavilələrə aiddir. "Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması gündəlikdə yoxdur", - deyə BBC bildirib.

Qeyd edək ki, mayın 10-da Ermənistan hökuməti bu məsələ ilə bağlı "qanun layihəsini" bəyənərək,parlamentə göndərib. 
Report.az 

.