Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın ölüm xəbəri yayılıb.

Trend-in məlumatına görə, bu barədə erməni sosial şəbəkələrində bildiriblər.

Qeyd olunur ki, “müdafiə naziri” ilk öncə ağır yaralanıb. Xəstəxanaya çatdırIlan Cəlal Arutyunyanın həyatını xilas etmək mümkün olmayıb. Yeni “nazirin” vəzifəyə təyinatı da onu təsdiq edir ki, Arutyunyan artıq yoxdur.

XXX

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri" Cəlal Arutunyan yaralanıb. 

“Sputnik Armeniya”-ın xəbərinə görə, bu barədə seperatçı rejimin rəhbəri Araik Arutunyan məlumat verib. 

Onun əmri ilə Cəlal Arutunyan "vəzifə"sindən azad olunub, onun yerinə Mikael Arzumanyan təyin olunub.

.