"Avqustun 12-si və 13-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib:
"Dini təqvimə əsasən, Qurban bayramı hər zaman Zilhiccə ayının 10-u qeyd edilir. Bir çox ölkələrdə 3 gün Qurban bayramı qeyd olunur. Məkkədə Həcc ziyarətində olanlar da 3 gün bayramı qeyd edirlər, yəni qurbanı 3 gün ərzində kəsmək olar”.
Sədr müavini avqustun 1-dən 6-a qədər Həcc ziyarəti ilə bağlı müraciətlərin davam etdiyini qeyd edib.
.
