Qlobal neft və qaz sektorunun gəlirləri 2022-ci ildə 4 trln. ABŞ dollarınadək yüksələcək ki, bu da beşillik orta göstəricidən iki dəfə çoxdur.

Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatının verdiyi məlumata görə, qeyd olunan gəlirlərin böyük hissəsi əsas neft və qaz ixrac edən ölkələrin payına düşəcək.

Hesabatda qeyd olunur ki, hazırda ənənəvi yanacaq növlərinə olan qiymətlər bir çox iqtisadiyyatlar üçün böyük zərbədir, lakin eyni zamanda neft və qaz istehsalçıları üçün görünməmiş bir qazanc yaradır.

.