Özbəkistan Prezidenti İslam Kərimov beyininə qan sızması səbəbilə xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu barədə Kərimovun qızı Lola Kərimova-Tillayeva özünün İnstaqram səhifəsində yazıb.
"Şənbə günü baş verən beyin qansızmasından sonra o, xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsindədir. Vəziyyəti stabil qiymətləndirilir”, - Lola Kərimova-Tillayeva vurğulayıb.
Qeyd edək ki. Özbəkistan Prezidenti İslam Kərimovun 78 yaşı var.
