Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən il ərzində 30 aptekdə yoxlamalar aparılıb ki, onlardan 25-də qanun pozuntuları aşkarlanıb.

Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Onun sözlərinə görə, ölkədə dərmanlar tənzimlənən qiymətlərlə satılır və bu tənzimləmələrdən kənara çıxmaq siyasəti aparan apteklərə qarşı aşkarlanan qanun pozuntularla bağlı məhkəmələrə müraciət olunub.

.