Qiymətlər od tutub yanır - Bayram süfrəsi 150 manat... REPORTAJ (Video)

12,615 oxunub

"Çox bahadır, 100 manat xərcləyirik, ortada heç nə yoxdur"

ARB TV bazarlardakı qiymətlərlə bağlı reportaj hazırlayıb.

Bayram ərəfəsində alıcılar bazardan əlidolu çıxmaq istəyirlər. Amma qarşılaşdıqları mənzərə onların bu istəyini əngəlləyir. Elə satıcılar da narazıdırlar. Onların şikayəti alıcılıq qabiliyyətinin zəif olması ilə əlaqədardır. Bayram süfrəsi üçün lazım olan məhsulların qiyməti, demək olar ki, yarıbayarı artıb. 

Tovuz bazarında apardığımız araşdırmanın nəticəsində məlum oldu ki, bahalılıq xüsusilə çərəz məhsullarındadır. Əvvəllər 4-5 manata satılan kişmiş hazırda 7-8 manata, ərik qurusu – 10-12 m, alça qurusu – 8 m, şabalıd – 6 m, fındıq ləpəsi – 17-18 m, qoz ləpəsi 19-20 m. Meyvələrin qiymətinə gəlincə, portağalın bir kiloqramı – 1.40 m. banan – 2.50, alma 70 qəpik, armudun qiyməti 2-4 manat arasında dəyişir, kivi – 2.50 m, üzüm isə 2-3 manata təklif olunur. Ətin qiyməti isə belədir: qoyun əti 10 m, mal əti – 9 m, balıq – 6 m, qaz əti – 18 m, hind quşu – 35, toyuq əti isə 5-8 manata satılır. 

Analoji vəziyyət Gəncə bazarında da yaşanır. Apardığımız müşahidələr zamanı daha çox kənd təsərrüfatı məhsullarının bahalaşdığını gördük. Satıcılar göyərtinin bahalaşmasını kəndlilərdən baha qiymətə almaları ilə izah etdi. 

Tovuzda ət bahalaşsa da, Gəncə bazarlarında əksinə, ciddi artım müşahidə olunmur. Ümid edək ki, əl yandıran qiymətlər insanların bayram sevincini mənfi təsir göstərməyəcək. Süfrələrin bol olması diləyi ilə...

AzNews.az

.
XƏBƏRLƏR 13-07-2026
10:39 Prezident: Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək ümumi strategiyamızın tərkib hissəsidir
10:37 Prezident: Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir
10:34 Prezident: İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir
10:34 Azərbaycan Prezidenti: Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq
10:19 Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir
10:15 Prezident: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır
10:10 Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
10:02 Azərbaycan Prezidenti: 907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi
10:00 Novruzəli Aslanov: Qarabağda quruculuq prosesi ardıcıl şəkildə davam edir
 
09:56 Prezident: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
09:49 Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
09:44 Prezident: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
09:34 Prezident: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
09:32 Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
09:31 Prezident: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
Təqvim