Bu gün Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç olub.

Qəsəbəyə 17 ailə (74 nəfər) köçürülüb.

Sakinlərə evlərinin açarları təqdim olunub. ANAMA əməkdaşları tərəfindən ailələrə mina təhlükəsi ilə bağlı məlumat verilib, təhlükəli əşyalardan uzaq durmaları tövsiyə olunub.

Mərasimdə müvafiq qurumların nümayəndələri iştirak edib. Yeni sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

.