Bu gün Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün ümumxalq səsverməsi və yerli şuralara seçkilərdə saat 10:00-a (Bakı vaxtı ilə 08:00) olan məlumata əsasən, seçici fəallığı sırasıyla 5,04 və 5,19 faiz olub.
Bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası xəbər verir.
Referendumda 181 801 seçici, yerli seçkilərdə isə 172 139 seçici səs verib.
.
