Qırğızıstanda tədbir zamanı faciə baş verib. Belə ki, açıq havada “Manas” dastanını ifa edən 29 məktəblini dondurma satan maşın vurub.

Qorxunc hadisə rayonun Suzak kəndində baş verib. “Porter” markalı yük maşını qəflətən yerindən tərpənib və yamacla tədbirdə iştirak edən 9-16 yaşlarında uşaqların üzərinə doğru gedib.

18 uşaq hazırda xəstəxanadadır, onlardan yeddisi reanimasiyadadır, üçünün vəziyyəti ağırdır.

Daha 11 uşaq ambulator müalicəyə buraxılıb.

Ehtimal olunur ki, sürücü əl əyləcini qoşmağı unudub.

Mənbə: “Mash” “Telegram” kanalı

.