Bütün Tacikistan-Qırğızıstan sərhədi boyunca döyüşlər gedir.

Bu barədə Tacikistan Sərhəd Xidməti məlumat yayıb.

Xidmət Qırğızıstan tərəfinin sərhədyanı kəndləri, yaşayış sahələrini atəş altında saxladığını bildirib.

Döyüşlərdə ağır və atıcı silahlardan istifadə olunduğu bildirilib.

***

Vəziyyətinin sabitləşdirilməsinə dair razılaşmaya baxmayaraq, Tacikistan Qırğızıstanla sərhəddə hərbi texnika cəmləyir.

Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

“Atəşin dayandırılmasına dair səylərə baxmayaraq, Tacikistan tərəfi sərhədə ağır texnika toplayır və arsenalındakı bütün silahlardan Qırğızıstan ərazisini atəşə tutaraq ərazimizi işğal etməyə çalışır”, - məlumatda deyilir.

.