Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar davam edir.

TASS xəbər verir ki, Qırğızıstan Tacikistanın "Lyakkan" və "Boqdari" sərhəd zastavalarını atəşə tutub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sədri Stanislav Zas eskalasiya əlaqədar Qırğızıstanın Təhlükəsizlik Şurasının katibi Marat İmanqulov və Tacikistan TŞ katibi Nəsrulla Mahmudzadə ilə telefonla əlaqə saxlayıb.

Tərəflərin dərhal atəşkəs elan edilməsi və danışıqlara başlanılması ilə bağlı danışdığı bildirilib.

.