Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki vəziyyətlə bağlı xalqa müraciət edib.

“Sputnik Qırğızıstan” xəbər verir ki, o bu barədə sosial şəbəkələrdəki səhifələrindən birində yazıb.

Prezident toqquşmalar zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

O, sərhəddə insident hallarının delimitasiya prosesinin başa çatmamasından qaynaqlandığını əlavə edib.

“Sərhəd problemi yoluna qoyulmayıb, ona görə toqquşmalar baş verir. Əcdadlarımızdan bizə qalan torpaqların bir qarışını da verən deyilik”, - o deyib.

.