Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədriAdamkulJunusovun Bişkekə qaytarılması iləbağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.
Qırğız Respublikası KİV-i xəbər verir ki, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib.Həmçininbu şəxsin BakıdakıHeydər ƏliyevBeynəlxalq Hava Limanında saxlanıldığı təsdiqlənib.
Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsininxidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) iləittiham olunur.
****
Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.
Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.
Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.(report)
.
