Qəzza zolağında hərbi əməliyyatlarda fasilənin uzadılması ehtimalı mövcuddur və yüksəkdir.
Bu barədə ABŞ prezidenti Co Bayden deyib.
"Hesab edirəm ki, real ehtimal var", - deyə o, HƏMAS tərəfindən əsir götürülmüş girovların azad edilməsinə başlaması fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı jurnalistlərə bildirib.
C.Bayden Massaçusets ştatının Atlantik sahillərində yerləşən Nantaket kurort adasında mətbuata açıqlama verib.
.
