
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəs razılaşmasının bütün maddələrinin icrasını diqqətlə izləyəcəyini deyib.
Ərdoğan prosesdə Türkiyənin yaxından iştirak edəcəyini bildirib.
Bundan əlavə, Ərdoğan Qəzzanın bərpa işlərinə də dəstək göstərəcəyini vurğulayıb:
“Türkiyə olaraq İsrail-Hamas razılaşmasının yerinə yetirilməsinə yerlərdə nəzarət edəcək işçi qrupunda biz də iştirak edəcəyik. Qəzzanın dirçəlməsinə kömək etmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə yenidənqurma fəaliyyətlərini dəstəkləyəcəyik” - Ərdoğan əlavə edib.
.