Qəzza zolağında ölən fələstinlilərin sayı 7 300 nəfəri keçib.

Bu barədə Fələstin Dövlətinin səhiyyə naziri Mai al Kaila bildirib.

Öldürülənlərin təxminən 70 faizi uşaqlar, qadınlar və qocalardır.

Nazirin sözlərinə görə, Yaxın Şərqdə HAMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Qəzzada 19 minə yaxın insan yaralanıb, minlərlə insan hələ də dağıntılar altında qalıb.

.