Nərimanov rayonunda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb.
Hadisə akademik Həsən Əliyev və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.
"Lada Priora" markalı nəqliyyat vasitəsi Mirəli Qaşqay küçəsinə dönmə əməliyyatı etmək istəyən Həsənov Rəşad Rafiq oğlunun idarə etdiyi BMW markalı avtomobilə çırpılıb.
Hadisəni törədən şəxslər ərazidən uzaqlaşıb. Rəşad Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, "Lada Priora"da olan şəxslər içkili olub.
Faktla bağlı Nərimanov rayon polis idarəsində araşdırma aparılır.
