28 yaşlı Paloma Elsesser plyus sayz modeldir. Moda dünyası üçün tamamilə qeyri-standart görünüşünün olmasına baxmayaraq, onun fotosu artıq Vogue jurnalının üz qabığını bəzəyib.

“Star News”un məlumatına görə, təkcə 2020-ci ildə o, “Ganni”, “Alexander McQueen”, “Lanvin”, “Salvatore Ferragamo”, “Savage x Fenty”, “Eckhaus Latta” və “Fendi”nin nümayişlərində iştirak edib.

Bununla da o, models.com-un “hot list”inə və “ilin ən çox müzakirə olunan modelləri” siyahısına düşüb.

.