Qeyri-etik paylaşımlar edən “Roşka” ləqəbli Rövşən Süleymanov məhkəmənin qərarı ilə 20 sutka inzibati qaydada həbs edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

***

09.21

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindənverilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

Bildirilib ki, Rövşən Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, DİN-in məlumatında deyilir.

.