
Amerika kubokunda qrup mərhələsinin birinci turunun oyunları davam edir.
Turnirə ilk dəfə dəvət alan Qətər millisi ilk matçında Paraqvayla qarşılaşıb.
Paraqvay matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Qətər millisi 2 qol vuraraq matçda bərabərliklə ayrılıb.
Qeyd edək ki, C qrupunun digər oyununda Kolumbiya Argentina 2:0 hesabı ilə məğlub etmişdi.
.