Qərbin sanksiyaları səbəbindən Rusiya 76 sərnişin təyyarəsini itirib.

Bunu Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyada cəmi 1302 hava gəmisi var ki, onlardan 1167-si sərnişin təyyarəsidir.

“Ümumilikdə texniki parkinqdə olan, xaricdə xidmət göstərən və ya bəzi reysləri yerinə yetirmək üzrə olan 76 sərnişin təyyarəsini itirdik. Sadəcə olaraq həmin təyyarələrə həbs qoyuldu”, - deyə rusiyalı nazir vurğulayıb.

.