Şakir Ağayev: "Avropa Parlamentinin Rusiya mətbuatına qarşı qərarı söz azadlığının birbaşa pozulması deməkdir”

Namiq Cəfərli: "Avropa Parlamenti Rusiya mətbuatı qarşısında özünün acizliyini bir daha nümayiş etdirmiş oldu”

Dünən Avropa Parlamenti "Russia Today" və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin qitədəki fəaliyyətini dayandırmağı nəzərdə tutan qərar layihəsini təsdiqləyib. Layihədə, rus mediası ilə mübarizə, İŞİD terrorçularına qarşı göstəriləcək müqavimətlə eyniləşdirilib.
Səsvermədə iştirak edən 691 parlamentaridən 304-ü layihənin qəbuluna müsbət cavab verib. 179 parlamentari layihənin əleyhinə, 208-i isə bitərəf qalıb.

Məsələ ilə bağlı "Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev infoAZ.org-a açıqlamasında bildirib ki, əslində Avropa Parlamentinin mətbu orqanlara qarşı bu cür qərarların verilməsi söz azadlığı və insan haqlarının birbaşa pozulması deməkdir. "Avropa Parlamentinin bu qərarı bir daha subut etdi ki, demokratik dəyərlər və söz azadlığı sadəcə "gözdən pərdə asmaq” xarakteri daşıyır. Nəzərə alaq ki, bir müddət əvvəl BBC-nin və "Azadlıq Radiosunun” Rusiyada fəaliyyəti müvvəqəti dondurularkən bütün dünya mediası eləcədə Avropa Parlamenti bunu söz azadlığının boğulması kimi qələmə verirdilər. Hətta Rusiyada diktatura rejiminin hökm sürdüyünü və azad mətbuata qarşı təzyiqlərin totral şəkildə aparıldığında suçlayırdılar. Lakin bulara baxmayaraq hazırda Rusiyada sözü gedən mətbu orqanlarla yanaşı Qərb mediasının müxtəlif orqanları sərbəst şəkildə fəaliyyət göstərirlər. Onlar istədikləri kimi Rusiya hakimiyyətini tənqid edirlər. Amma bu cür mətbu orqanlara Rusiyada kimsə bir söz demir. Əksinə onlara lazımı şəraitlər yaradılır. Rusiya Prezidentinin iştirakı ilə keçirilən bir çox tədbirlərdə Qərb mediasının nümayəndələri dəvət edilir. Hətta bəzi hallarda Vladimir Putinin siyasəti onlar tərəfindən tənqid də edilir. Bunu isə başda Vladimir Putin olmaqla Rusiya rəsmiləri normal qarşılayırlar. SSSR-i dağılandan sonra 25 il ərzində Rusiyada fəaliyyət göstərən əksər media qurumları Qərbin müxtəlif donor təşkilatlarından bu günə kimi maliyyələşirlər. Uzun illərdir ki, məqsədli şəkildə Rusiya hakimiyyətini tənqid etməklə yanaşı ictimaiyyət arasında çaşqınlıq yaratmaq missiyalarını həyata keçirirlər. İndi bunların qarşılığında Rusiya KİV-lərinin Avropa Parlamenti tərəfindən susdurulması qərarını necə başa düşmək olar. Bəs demokratik dəyərlər harda qaldı. Bunun yalnız bir adı var demokratiyanı deqradasiyaya uğratmaq”.

Avropa Parlamentinin Russia KİV-lərinə qarşı yönələn qərəzli mövqeyini şərh edən infoAZ.org saytının rəhbəri Namiq Cəfərli isə bildirib ki, məlum layihənin təsdiqləməsi söz azadlığına qarşı sərt qərardı. Namiq Cəfərlinin sözlərinə görə, bununla da Avropa Parlamenti Rusiya mətbuatının yaydığı həqiqətlər qarşısında özünün acizliyini bir daha nümayiş etdirmiş olub. "Əslində Avropa Parlamentinin Rusiya mediası ilə mübarizə və İŞİD terrorçularına qarşı göstəriləcək müqavimətlə eyniləşdirməsi onu göstərir ki, Qərb Rusiya mətbuatının yaydığı həqiqətlər qarşısında acızdir və bu onları çox qorxudur. Qərb dövlətlərinin rəhbər şəxsləri sadəcə öyrəşiblər ki, yalnız onların dedikləri həyata keçməlidir və onların mətbuatlarında yazılanlar tam həqiqəti əks etdirir. Kimsə əsl həqiqəti söyləyəndə isə Qərbin düşməninə çevrilir. Uzun illərdi Qərb mətbuatı müxtəlif dövlətlərin rəhbər şəxsləri barədə yalan dezinformasiyalar yaymaqla o dövlətlərdə ara qarışdırmaqla məşğuldurlar. Özlərini bütün dünyaya obyektiv media numunasi kimi sırıyan Qərb mediasının müxtəlif qarayaxmaları bitib-tükənmir. Bu cür dezinformasiyalar başqa ölkələr qarşı geniş miqyasda aparılır. Son illərə nəzər saldıqda Qərb mediasının Liviya, İraq, Suriya, Misir, Türkiyə, Tunis, Rusiya və hətta Azərbaycanla da bağlı xeyli sayda yalan məlumatların sürətlə yayılmasını müşahidə etmişik. Ona qalsa onda gərək Rusiya dövləti yüzlərlə Qərb mediasının ölkədəki ofislərini qapadmış olsun. Lakin görün nə baş verir, Rusiya bu cür mətbu orqanlara daha da geniş imkanlar yaradır. Onlar isə tam sərbəst fəaliyyətlərini bu ölkədə davam etdirirlər. Məlum qərara gəlincə isə Avropa Birliyi bununla insan haqları və KİV azadlığı sahəsindəki öz normativ aktlarını ciddi şəkildə pozmuş olub”.
.