Bu sözləri Azərbaycan  Mübarizləri” Partiyasının Sədri  Ağadur Müslümov Ermənistandakı  daxili ictimai-siyasi vəziyyətə dair münasibət bildirərkən söyləyib.

Koronavirus pandemiyası dövründə Ermənistanda vətəndaşların sosial-iqtisadi problemlərini həll olunmaması, xəstəliyin günü-gündən yoluxma sayının artması o deməkdir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın  kobud məkrli siyasəti ölkəni xaosa, itayətsizliyə aparmaqdadır. 
Daxili və xarici siyasətdə naşı olan , sosial partlayışla üz-üzə dayanan Paşinyan sürətlə sosial dayaqlarını itirir. Parlament müxalifətinin və xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açılmasına gətirib çıxardı.

Partiya Sədri qeyd edir ki, Çiçəklənən Ermənistan Partiyasının 25 deputla parlament fraksiyası tərəfdaşları ilə birlikdə 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib,“Paşinyan get!”,“Çarukyan Baş nazir!”şüarlarını səsləndirib.Ermənistan mətbuatı mitinqdə aralarında deputatların da olduğu 90 nəfərın saxlanıldığını bildirilir.

Çarukyan söyləmişdir  ki, pandemiya dövründə hökumət bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışır.  

Vəziyyət o həddə çatıb ki,15 iyunda Baş Prokurorun müraciəti əsasında parlamentdə Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığı qaldırıldıqdan sonra,Çarukyanın tərəfdarlarının parlament önündə etiraz aksiyalarını polis zorakılıqla dağıdıb.Jurnalistlərə qarşı güc tətbiq edib.İnsanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb.Lakin ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri,Qərb ölkələrinin Ermənistandakı səfirlikləri ikili standartlarla özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.Qərb ölkələri həmişə öz siyasi maraqlarından çıxış edərək Ermənistandakı hadisələrə göz yumur.Münasibət belə bildirmir. Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər.

Ağadur Müslümov
Azərbaycan  Mübarizləri” Partiyasının Sədri  

.