Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Emin Elbrus oğlu Ələsgərova üçün gətirilən
sovqata baxış keçirilib.
Onun yanına qısamüddətli görüşə gəlmiş anası və bacısı, Bakı şəhər sakinləri Sonaxanım Ağakərim qızı Ələsgərovanın və Elnarə Elbrus qızı Ələsgərovanın
üzərlərinə və gətirdikləri sovqata baxış keçirilən zaman 500 qramlıq "Supersun” qənd qutusunun içərisində gizlədilmiş, 1 ədəd "Nokia” markalı mobil
telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
.