Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən ticarət mərkəzində baş verən yanğın söndürülüb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerinə qısa vaxtda gələn yanğınsöndürənlər alovun miqyasının genişlənməsinin qarşısını alıblar. Ümumilikdə 12 obyekt - geyim əşyası mağazası, aptek və gözəllik salonu yanıb, 1000 kvadratmetr sahə yanğından mühafizə edilib, o cümlədən arxa tərəfdə yerləşən uşaq bağçasına yanğının keçməsinin qarşısı alınıb. Sahibkarlara dəyən ziyanın məbləği hesablanır. Yanğının səbəbi araşdırılır.
***
Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazarda aptek və gözəllik salonu da daxil olmaqla bir neçə obyektdə yanğın başlayıb.
Hazırda ticarət mərkəzindəki bir neçə mağazada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın davam edir. Faktla bağlı araşdırma aparılır.
.
