Qəbələ rayonunda ilansancma hadisəsi baş verib.
"Report"un məlumatına görə, şəhərin Quşlar kəndində 1985-ci il təvəllüdlü yerli sakin Zülfüqar Lətifovu həyətyanı sahədə ilan sancıb.
O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
.
