Qəbələ rayonunda qətl hadisəsi törədən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın Göyçay bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Qəbələ rayonunda çoxsaylı bıçaq xəsarətləri ilə amansızlıqla qətlə yetirilən 1999-cu il təvəllüdlü Aytac Əliyevanın ailəli olduğu məlum olub.
Naməlum şəxs 23 yaşlı qadının bədənini doğrayaraq bir neçə yerə bölüb, cəsədi selofan torbalara yığaraq Qəbələ şəhərinin Muxtar Abdıyev küçəsindəki yaşayış binasının giriş blokuna qoyub.
Ağsu rayon sakini olan Aytac Əliyevanın həyat yoldaşının hərbiçi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
.
