Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, mülki silahın daşınması və saxlanılması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayon sakinlərindən müvafiq sənədləri olmayan 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Keçirilən digər tədbirlər nəticəsində isə rayon ərazisində mülki ov silahının daşınması qaydalarını pozan 2 nəfər də müəyyən edilib.

Aşkar edilən faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

.