Qazaxıstanın Kurik limanı ilə Bakı limanını birləşdirəcək yeni bərə xətti açılacaq.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Qazaxıstanın Dəmir Yolu Milli Şirkətinin sədri Əsgər Mamin "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadovla görüşü zamanı bildirib.
Taleh Ziyadov deyib ki, yeni bərə xətti hazırda inşa edilən Qazaxıstanın Kurik limanı ilə Bakının Ələt qəsəbəsində salınan Beynəlxalq Dəniz Ticarət Limanını birləşdirəcək.
Onun sözlərinə görə, Qazaxıstanın Kurik limanı hazır olandan sonra buradan gər gün bərə xətti fəaliyyət göstərəcək ki, bu da illik yükdaşınmanın həcmini təqribən 4 milyon tona çatdıracaq.
Görüş zamanı Taleh Ziyadov bildirib ki, Bakı-Aktau-Bakı marşrutu açılandan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzərindən daşınan yüklərin həcmi 30 faiz artıb.
.
