Qazaxıstan hakimiyyəti ölkənin şərqindəki Abay rayonunda meşə yanğını nəticəsində həlak olanların ailələrinə 7 milyon tenge (15,7 min ABŞ dollarından çox - Qeyd) ödəyəcək.

Bu barədə Qazaxıstanın Baş naziri Əlixan Smailov məlumat verib.

Onun sözlərinə görə, paralel olaraq yanğında ölən və yaralananların ailələrinə lazımi dəstəyin göstərilməsi üçün ayrıca fond yaradılıb.

Qeyd olunub ki, Qazaxıstanın 40-dan çox universiteti yanğından zərər çəkmiş ailələrdən olan tələbələrə qrant və yataqxana yerləri verməyə hazırdır. Eyni zamanda ödənişli əsaslarla təhsil alan tələbələr və bakalavrlar üçün qrantlara keçid təmin edilir.

.