Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birlestik-2024” komanda-qərargah təlimləri başlayıb.
Yenizaman-ın yerli mətbuata istinadən xəbərinə görə, ölkənin qərbindəki Manqistau vilayətində yerləşən “Oymaşa” poliqonunda keçirilən hərbi manevrlər iyulun 17-dək davam edəcək.
Təlimlərə 4 mindən çox şəxsi heyət, 700 ədəd hərbi texnika cəlb olunub.
Əsas məqsəd hərbi münaqişə vəziyyətində quru qoşunlarının manevrləri, havadan kəşfiyyat, dəniz xüsusi təyinatlıları, hərbi aviasiya və hərbi gəmilərin döyüş tapşırıqlarının icrası zamanı çevik reaksiyasının yoxlanılmasından ibarətdir.
İştirakçılar eyni zamanda, hərbi döyüş növləri, taktiki planlaşdırma və atış qabiliyyətinin yoxlanılması üzrə də sınaqlara cəlb olunacaq.
Qeyd edək ki, hərbi təlimlərin sonuncu günündə mədəni-kütləvi tədbirin keçirilməsi də nəzərdə tutulub.
.