"Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında "Artilleriya atəşinin ustaları” və "Snayper həddi” müsabiqələrinin təntənəli açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan hərbçilərinin də iştirak etdiyi hər iki müsabiqə avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.
